AZ

"AzRosPromİnvest” MMC - MƏHKƏMƏYƏ VERİLİB - SƏBƏB

"AzRosPromİnvest” MMC barəsində  gömrük  qaydaları əleyhinə olan (Xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması) inzibati xəta protokolu tərtib edilib.

İnzibati Xətalar Məcəlləsinin 483-cü maddasinə görə, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin 30-50 faizinədək məbləğdə cərimə edilir.
Qeyd: Bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, 20 min manatadək olan məbləğ başa düşülür.

İş Qazax Rayon Məhkəməsində hakim Nemət Musayevin icraatındadır.

Qeyd edək ki, Azərbaycan-Rusiya birgə müəssisəsi “AzRosPromİnvest” 2006-cı ildə təsis edilib

Seçilən
97
1
fed.az

10Mənbələr