AZ

"Direktor azyaşlı şagirdinin toyunda oynayırsa"... - HƏQİQƏTƏN DƏ...

"Erkən nikahlar mental psixologiya ilə bağlı olan məsələdir. Həqiqətən də əvvəldən bu belə gəlib: “qız yükü, duz yükü”, “qız kəkil buraxdı, ver getsin”. Bu kimi oxşar ifadələr bəzi kinolarımızda da yer alıb.

Əvvəllər təkcə Bakı kəndlərində və ölkəmizin cənub regionunda bu hallar daha çox hiss olunurdusa, indi ölkənin Qərb regionunda, hətta mərkəzi aran rayonlarında bu hallar çoxalıb.


Erkən nikahların qarşısının alınması üçün birinci növbədə ətraflı məlumat vermək lazımdır. Yəni maarifləndirmə, bunun təbliğini aparmaq, tibbi və sosioloji problemləri ilə bağlı danışmaq lazımdır. Başa düşəcəklər, ya düşməyəcəklər, bunu bilmirəm. Amma bütün yükü dövlətin üzərinə yıxmaq da doğru deyil".


Bu barədə Bizimyol.info xəbər portalına hüquqşünas Ramil Süleymanov danışıb. Hüquqşünas hesab edir ki, burada qeyri-hökumət təşkilatları ciddi şəkildə işləməli, lahiyələr icra etməlidirlər. İndiki halda, erkən nikahların sayı çoxdur.

“Bəli, bu problem var və bir haldakı məktəb direktoru, kənd məktəbinin direktoru 15-16 yaşındakı şagirdinin toyunda gedib əl qaldırıb oynayırsa, bunun özü faciədir. Yəni bu da bizim “ağıllı”mız…

Düşünürəm ki, erkən nikah məsələsi ilə bağlı bütün cəmiyyət səfərbər olmalıdır. Birinci növbədə onu bilmək lazımdır ki, kiminsə iradəsinin ziddinə nikaha məcbur etmək yolverilməzdir. Bu, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 176.1 maddəsi ilə tənzimlənir.

Nikah yaşına çatmayan şəxsi nikaha məcbur etmə şəxsin barəsində 3 min manatdan 4 min manata qədər cərimə cəzasının tətbiqi ilə nəticələnir. Bu, nikaha məcbur edən ata və ana - valideynin, əminin, dayının, qohumun cəzasıdır”-deyə hüquqşünas bildirib.

Ramil Süleymanov vurğulayıb ki, nikah yaşına çatmayan, ümumiyyətlə yetkinlik yaşına çatmayan şəxsin özü ilə evlənən, onunla cinsi əlaqədə olan şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152-ci maddəsinə əsasən 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olmaq, onu seksual hərəkətlərə məcburetmə və s. bu maddənin təsiri dairəsinə düşür və 3 ilə qədər müddətə azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırılır.

Seçilən
448
1
paytaxt.org

10Mənbələr