AZ

ATƏT sədri Ermənistanın baş naziri ilə danışıqlar aparıb » AzadMedia.az



İrəvanda səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq Ermənistanın baş naziri Nikol Paşiyanla görüşüb. Bu barədə Borq sosial şəbəkələrdə yazıb.
Onlar Cənubi Qafqazda baş verən hadisələrlə bağlı fikir mübadiləsi aparıb, həmçinin Ermənistan hökuməti ilə ATƏT arasında əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Qeyd edək ki, Yan Borq bundan əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla danışıqlar aparıb və Ermənistanla Azərbaycan arasında delimitasiya prosesini, həmçinin Ermənistan tərəfi ilə ATƏT arasında əməkdaşlığı müzakirə edib.
Seçilən
294
45
azadmedia.az

10Mənbələr