AZ

İnternet Bankçılıq üzrə Biznes analitik - VAKANSİYA

Bank, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 30 dekabr 2014-cü il tarixində verilmiş 255 saylı lisenziya əsasında fəaliyyət göstərməkdədir. Ziraat Bankı öz fəaliyyətini genişləndirmək üçün fəaliyyətini həyata keçirəcəyi ölkələrdəki Türkiyə əhalisini, Türk iş adamlarını və bu ölkə ilə Türkiyə arasında cari və potensial ticarət əlaqələrini araşdırıb təhlil etməkdən ibarətdir. Bu kontekstdə, Ziraat Bank yaxın tarixi və mədəni əlaqələri olduğu Müstəqil Dövlətlər Birliyi regionunda da fəaliyyətini genişləndirməyi planlaşdırmışdır. Makro genişlənmə strategiyasına müvafiq olaraq Ziraat Bankı, Türkiyə ilə artan əlaqələrindən əlavə iqtisadi artım və sərmayə potensialına və coğrafi strateji mövqeyinə görə Azərbaycanda da “Ziraat Bank Azərbaycan” Açıq Səhmdar Cəmiyyəti adı altında törəmə Bankını açmışdır. Bank, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 30 dekabr 2014-cü il tarixində verilmiş 255 saylı lisenziya əsasında fəaliyyətə başlamışdır. Bank üç səhmdardan ibarət olmaqla açıq səhmdar cəmiyyəti formasında təsis edilmişdir. Bunlardan, 99.98% səs vermə hüququna malik səhmlərin sahibi T.C.Ziraat Bankası ASC, 0.01% səs vermə hüququna malik səhmlərin sahibi Ziraat Teknoloji ASC və 0.01% səs vermə hüququna malik səhmlərin sahibi Ziraat Yatırım Menkul Değerler ASC-dir.

Fins.az xəbər verir ki, "Ziraat Bank Azərbaycan"  "İnternet Bankçılıq üzrə Biznes analitik" vakansiya elan edir.

Vəzifəyə olan tələblər:

  • İnformasiya Texnologiyaları və ya oxşar ixtisas üzrə bakalavr dərəcəsində ali təhsil;

  • Analitik təfəkkür və yüksək düşünmə qabiliyyəti;

  • Bank sektorunda minimum 3 il iş təcrübəsi;

  • IT analitik, Biznes analitik və ya oxşar sahədə iş təcrübəsi;

  • Komandada işləmək, individual qərarlar ala bilmək və stress altında işləyə bilmək bacarığı;

  • Biznesin tələblərini anlamaq;

  • Avtomatlaşdırılmış proseslərdə (Biznes, İT) iştirak etmiş olmaq;

  • Proqram təminatının təmin olunması prosesi haqqında biliklər;

  • SQL proqramlaşdırma dili üzrə biliklər;

  • Funksional spesifikasiyanın yazılması və yaradılması;

  • Problem həll etmə bacarığı və analitik təfəkkür.

Əsas vəzifələr:

  • Texniki tapşırıqların IT və digər əməkdaşlar ilə müzakirə edilməsi;

  • Tələblərin izlənilməsi;

  • Digər departamentin əməkdaşları üçün ilkin testlərin aparılması;

  • İnternet Bankçılıqda yeniliklərin tətbiq olunması;

  • Biznes tələblərinə görə hesabatların hazırlanması;

  • Yeni funksionallığın test olunması və tətbiq olunması;

  • Daxili bank sistemində lazımi konfiqurasiyaların aparılması;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV formalarını may ayının 31-dək cv@ziraatbank.az  elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Biznes analitik” qeyd etməyiniz vacibdir.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq. 

 

Seçilən
209
44
fins.az

10Mənbələr