AZ

AFFA İcraiyyə Komitəsinin üzvü: Premyer Liqaya səviyyəli legioner gəlməlidir

"Premyer Liqaya səviyyəli legioner gəlməlidir. Yaxşı əcnəbi futbolçu alınmırsa, legioner gətirməyin nə mənası var?"
 
Moderator.az xəbər verir ki, bunu “Report”a açıqlamasında AFFA İcraiyyə Komitəsinin (İK) üzvü Səməd Qurbanov deyib.
 
Veteran futbolçu İK-nın ötən gün baş tutan iclası barədə fikirlərini bölüşüb.
 
Legioner limiti barədə danışan Səməd Qurbanov azərbaycanlı futbolçuların oynamasının tərəfdarı olduğunu bildirib: "İclasda da dedim. Öz uşaqlarımıza güvənirəm. Hələlik "7+4"də qaldıq. Gələcəkdə isə "8+3"ə baxılacaq. Ümumiyyətlə, toplantı yüksək səviyyədə keçdi. Gündəlikdəki bütün mövzulara toxunuldu. Gələcəkdə Premyer Liqada komanda sayı da artırılacaq. Hazırda I Liqadakı klubların əksəriyyətinin büdcəsi azdır. Hər şey bundan asılıdır. Klubun aşağı yaş qrupları, akademiyaları və sair qaydasında olmalıdır. Hamı çempionatda sonuncu yeri tutan "Qəbələ" klubunun yaxşı infrastruktura və akademiyaya malik olduğunu vurğuladı. Ancaq idman prinsipləri də önəmlidir. Komanda I Liqaya düşəcək. Ümid edirəm ki, növbəti mövsümün sonunda Premyer Liqaya qayıdacaqlar".
 
O, I Liqada "Qaradağ Lökbatan"ın çempionluq şansının rəqibləri "Şamaxı" və "İmişli"yə nisbətən daha çox olduğunu söyləyib: "Amma lisenziya meyarları və stadionları barədə heç nə deyə bilmərəm".
 
Seçilən
257
1
moderator.az

10Mənbələr