AZ

AYİB Azərbaycanın iqtisadi artım proqnozunu yüksəldib

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2024-cü ildə Azərbaycanda daha güclü artım proqnozlaşdırıb. Bu barədə SİA-ya Bankdan bildirib. Bank Azərbaycanın 2024-cü il üçün ÜDM artımı proqnozunu 2,4 faizdən 3,1 faizə qaldırıb.

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) son Regional İqtisadi Perspektivlər hesabatında Azərbaycanın iqtisadi artımının 2023-cü ilin ortalarından 2024-cü ilin birinci rübünə qədər sürətlə artdığı bildirilib.

Bank 2025-ci ildə artımın cüzi azalaraq 2,7 faiz olacağı gözləyir.

Son artıma Avropanın Azərbaycanın neft və qazına olan tələbatının artması təsir etmişdir. Bununla yanaşı, dövlət sektoru xərcləri və investisiyaların da artması gözlənilir.

2023-cü ildə enerji qiymətlərinin yumşaldılması nəticəsində artım 1,1 faizə enmişdir və bu, neft və qaz ixracı gəlirlərinin təxminən 40 faiz azalmasına səbəb olmuşdur.

Ölkənin neft hasilatının azalmasına baxmayaraq, cari hesabın profisiti rahat səviyyədə qalıb, illik inflyasiya isə 2024-cü ilin mart ayında 0,4 faizə düşüb. İnflyasiyanın azalması Azərbaycanın Mərkəzi Bankına uçot dərəcəsini 7,5 faizə endirməyə imkan verib.

AYİB iqtisadçılarının fikrincə, Azərbaycan iqtisadiyyatı üçün əsas risklər neft qiymətlərindəki dalğalanmalara və regional geosiyasi vəziyyətə qarşı həssaslıqla bağlıdır.

AYİB Azərbaycanda mühüm institusional investordur. Bu günə qədər Bank Azərbaycanda 189 layihəyə 3,75 milyard avrodan çox sərmayə qoyub və ölkəyə iqtisadiyyatını şaxələndirməyə və yaşıl iqlim hədəflərini dəstəkləməyə kömək edir.

Seçilən
301
44
sia.az

10Mənbələr