Yağışlı hava ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda endirililən sürət həddi bərpa edilib.
Bu barədə Missiya.Az-a Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.
Bildirilib ki, yağışlı hava ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.