AZ

La Liqa: “Barselona”dan “Almeriya” üzərində inamlı qələbə

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2023/2024 mövsümünün 36-cı turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma baş tutub.

Dörd qolun qeydə alındığı “Las Palmas” – “Betis” matçında qalib müəyyənləşməyib.

“Real Sosyedad” doğma meydanda “Valensiya”nı tək qolla məğlub edib.

“Almeriya”nın qonağı olan “Barselona” isə turu inamlı qələbə ilə başa vurub.

Beləliklə, 36 turdan sonra 93 xala malik və çempionluğu təmin etmiş “Real” əlçatmaz liderdir. “Barselona” 79 xalla 2-ci, “Jirona” 75 xalla 3-cü pillədə qərarlaşıb. Madrid “Atletiko”sunun 73, Bilbao “Atletik”inin 62, “Real Sosyedad”ın 57, “Betis”in 56, “Vilyarreal”ın 51, “Valensiya”nın 48, “Xetafe”nin 43, “Alaves”in 42, “Sevilya” və “Osasuna”nın 41 xalı var.

İspaniya, La Liqa
36-cı tur
14 may

Osasuna – Malyorka 1:1
Qollar: Monkayola, 14 – Darder, 65.

Real – Alaves 5:0
Qollar: Bellingem, 10. Vinisius, 27; 70. Valverde, 45+1. A.Gülər, 81.

Jirona – Vilyarreal 0:1
Qol: B.Traore, 59.

15 may

Rayo Valyekano – Qranada 2:1
Qollar: Leyeune, 23. De Frutos, 80 – Boye, 89.

Sevilya – Kadis 0:1
Qol: Qvardiola, 90+6.

Selta – Atletik 2:1
Qollar: Svedberq, 68. H.Alvares, 71 – Berencer, 23.

Xetafe – Atletiko 0:3
Qollar: Qrizmann, 27; 42; 51.

16 may

Las Palmas – Betis 2:2
Qollar: Aleks Suares, 27. Moleyro, 64 – Marmol, 21-öz qapısına. Ayose Peres, 49.

Almeriya – Barselona 0:2
Qollar: F.Lopes, 14; 67.

Real Sosyedad – Valensiya 1:0
Qol: Andre Silva, 3.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
23
arena.az

10Mənbələr