AZ

Səfir: ABŞ Rusiyanı Latın Amerikası ilə qarşı-qarşıya qoymaq istəyir

ABŞ Rusiyanı Latın Amerikası dövlətlərinə qarşı qoymağa cəhd edir.

APA xəbər verir ki, bunu Rusiyanın ABŞ-dəki səfiri Anatoli Antonov “Telegram” kanalında bildirib.

Onun sözlərinə görə, Vaşinqton Rusiyanın qitə ölkələri ilə müxtəlif sahələrdə olan münasibətlərinin xarakterini bəyənmir.

Eyni zamanda diplomat əlavə edib ki, Birləşmiş Ştatlar hələ də regiona öz “arxa həyəti” kimi baxır.

“Onlar hesab edirlər ki, administrasiyanın lisenziyası olmadan heç kimin orada əməkdaşlıq etmək hüququ yoxdur. Bu xüsusilə Rusiya və Çinə aiddir”, - səfir qeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
25
apa.az

10Mənbələr