AZ

“Barselona”dan inamlı qələbə

İspaniya La Liqasında 36-cı tura yekun vurulub.

Futbolinfo.az xəbər verir ki, son gündə 3 oyun baş tutub.

“Las Palmas” – “Betis” matçında qalib müəyyənləşməyib. “Real Sosyedad” evdə “Valensiya”ya qalib gəlib. “Almeriya”nın qonağı olan “Barselona” da turu qələbə ilə başa vurub.

Hazırda 93 xala malik çempion “Real” liderdir. “Barselona” 79 xalla 2-ci, “Jirona” 75 xalla 3-cü pillədə qərarlaşıb. “Atletiko”nun 73, “Atletik”in 62, “Real Sosyedad”ın 57, “Betis”in 56, “Vilyarreal”ın 51 xalı var.

İspaniya La Liqası
36-cı tur

14 may

Osasuna – Malyorka 1:1
Qollar: Monkayola, 14 – Darder, 65.

Real – Alaves 5:0
Qollar: Bellingem, 10. Vinisius, 27; 70. Valverde, 45+1. A.Gülər, 81.

Jirona – Vilyarreal 0:1
Qol: B.Traore, 59.

15 may

Rayo Valyekano – Qranada 2:1
Qollar: Leyeune, 23. De Frutos, 80 – Boye, 89.

Sevilya – Kadis 0:1
Qol: Qvardiola, 90+6.

Selta – Atletik 2:1
Qollar: Svedberq, 68. H.Alvares, 71 – Berencer, 23.

Xetafe – Atletiko 0:3
Qollar: Qrizmann, 27; 42; 51.

16 may

Las Palmas – Betis 2:2
Qollar: Aleks Suares, 27. Moleyro, 64 – Marmol, 21-öz qapısına. Ayose Peres, 49.

Almeriya – Barselona 0:2
Qollar: F.Lopes, 14; 67.

Real Sosyedad – Valensiya 1:0
Qol: Andre Silva, 3.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
164
14
futbolinfo.az

10Mənbələr