AZ

Ərdoğan XİN başçısına yeni müavinlər təyin edib

Ayşe Berris Ekinci, Nuh Yılmaz ve Burhanettin Duran Türkiyənin xarici işlər nazirinin müavini təyin olunublar.

Bakıvaxtı.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müvafiq qərarı ölkənin yeni qanunvericilik və digər rəsmi elanları dərc edən Rəsmi Qəzetində diqqətə çatdırılıb.

“Prezident Administrasiyasının 3 saylı dekretinin 2-ci və 3-cü maddələrinə uyğun olaraq, Ayşe Berris Ekinci, Nuh Yılmaz və Burhanəddin Duran Xarici İşlər Nazirliyinə nazir müavinləri təyin ediliblər”, – sənəddə qeyd olunub.(Report)

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
222
7
bakivaxti.az

10Mənbələr