AZ

Amerika 3,4 milyard dollarlıq uran alacaq



Birləşmiş Ştatlar Energetika Nazirliyi amerikalı istehsalçılarından 3,4 milyard dollara uran almaq niyyətindədir.

Newscenter.az TASS-a istinadən bildirir ki, Departament iyun ayında müqavilə üzrə sifarişlərin yerinə yetirilməsi üçün müraciətlərin qəbulunu gözləyir.

Alınacaq uran nüvə reaktorları üçün nəzərdə tutulur.

Energetika Nazirliyi qeyd edir ki, Amerika istehsalçılarından alınan uranın gözlənilən həcmləri, eləcə də çatdırılma tarixləri hələ müəyyən edilməyib.

"Departament 2024-cü ilin iyun ayında Amerika istehsalçılarından müqavilə sifarişləri üçün müraciətlərin qəbulunu gözləyir",-deyə məlumatda bildirilir.

Anar Əliyev
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
newscenter.az

1Mənbələr