AZ

Zelenski ruslarla bağlı qanuna VETO QOYDU

Ukrayna Prezidenti Volodimir Zelenski ruslarla əlaqələrini gizlədən ukraynalıların işdən çıxarılmasına icazə verən qanuna veto qoyub.

Bizim.Media ölkə mətbuatına istinadən xəbər verir ki, qanun layihəsi prezidentin onu təkliflərlə Ali Radaya qaytardığını göstərir. 

Zelenskinin konkret hansı təkliflərlə çıxış etdiyi açıqlanmayıb.

Qeyd edək ki, aprelin sonunda Ukrayna Ali Radası ruslarla və “respublikanın müvəqqəti işğal olunmuş ərazilərinin” sakinləri ilə ailə və ya digər əlaqələrini gizlətdiklərinə görə vətəndaşların işdən qovulmasına başlaya biləcək qanun qəbul etmişdi.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
8
bizim.media

9Mənbələr