AZ

“Qarabağ” bu transfer üçün “Fənərbağça” və “Beşiktaş”dan 4 milyon avro istədi?

"Fənərbağça” və "Beşiktaş” "Qarabağ”ın futbolçusu Leandro Andrade ilə yaxından maraqlanırlar.

Sportinfo.az xəbər verir ki, İstanbul nəhəngləri kabo-verdeli hücumameyilli yarımmüdafiəçi üçün Ağdam klubuna təklif göndəriblər.

İddiaya görə, Azərbaycan çempionu ilk təklifə mənfi cavab verib.

"Qarabağ”ın bu keçid üçün Türkiyə klublarından L.Andradenin müqaviləsində sərbəstqalma məbləği olaraq göstərilən 4 milyon avro tələb etdiyi bildirilib.

25 yaşlı vingerin xidmətində Rusiyanın 3 klubunun da maraqlı olduğu vurğulanıb.

Leandro Andrade "Qarabağ”a 2022-ci ilin yanvar ayında Bolqarıstanın "Çerno More” klubundan keçib.

Seçilən
78
sportinfo.az

1Mənbələr