AZ

Digər ölkələrNYT: ABŞ artıq NATO təlimatçılarının Ukraynaya göndərilməsini istisna etmir

Vaşinqton artıq Ukrayna Silahlı Qüvvələrinə təlim keçmək üçün NATO təlimatçılarının Ukraynaya göndərilməsini istisna etmir, lakin bu, tezliklə baş verməyəcək.

“Report” xəbər verir ki, bu barədə “The New York Times” ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinin sədri general Çarlz Brauna istinadən yazıb.

“Əvvəl-axır, biz zamanla buna gələcəyik”, – general Brüsseldə NATO Hərbi Komitəsinin iclasına gedərkən jurnalistlərə deyib. Braunun sözlərinə görə, hazırda Ukraynada bu cür fəaliyyət “NATO təlimatçılarının həyatını riskə atacaq” və onları qorumaq üçün “qiymətli” hava hücumundan müdafiə vasitələri və ya Ukraynanın kritik infrastrukturunu istifadə etmək arasında seçim etməyə məcbur edəcək.

“The New York Times” həmçinin yazıb ki, Ukraynanın NATO üzrə müttəfiqləri Ukrayna qüvvələrinə təlim keçmək üçün öz hərbçilərini göndərməyə yaxındırlar.

Qəzet vurğulayıb ki, NATO üzvü kimi Vaşinqton alyansın təlimatçılarını istənilən hücumdan qorumağa kömək etməyə borclu olacaq. Bu, potensial olaraq ABŞ-ni müharibəyə cəlb edə bilər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
153
1
far.az

4Mənbələr