AZ

“Bakı Payızı”nın prodüseri: “Anar Ağayevin qələbə qazanacağına inanırıq”

Müğənni Anar Ağayevin avqust ayında Soçidə keçiriləcək “Yeni dalğa 2024” müsabiqəsinin finalında qələbə qazanacağına inanırıq.

Oxu.Az xəbər verir ki, bunu “Bakı Payızı” müsabiqəsinin baş təşkilatçısı prodüser Səbinə Həsənova deyib.

“Anar vokal janrında bizim qalibimiz oldu. Bu gün bizi yenidən sevindirdi. Soçi şəhərində keçiriləcək finala vəsiqə qazandı. Min nəfərdən seçilmiş 13 nəfərdən biri oldu. İnanırıq ki, avqust ayında Azərbaycan adına böyük qələbə qazanaraq bizi sevindirəcək”, - deyə o vurğulayıb.

Xatırladaq ki, Moskvada keçirilən gənc populyar musiqi ifaçılarının Beynəlxalq “Yeni dalğa 2024” müsabiqəsinin yarımfinalında uğurla çıxış edən azərbaycanlı müğənni Anar Ağayev Vətənə qayıdıb.

Qeyd edək ki, Anar Ağayev “Bakı Payızı 2023” milli müsabiqəsinin qalibidir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
260
2
oxu.az

10Mənbələr