AZ

Beşiktaş” və “Fənərbağça” “Qarabağ”ın legioneri üçün hərəkətə keçdi

“Qarabağ”ın futbolçusu Leandro Andrade yayda klubu tərk edə bilər.

Ednews xəbər verir ki, “Beşiktaş” və “Fənərbağça” kabo-verdeli yarımmüdafiəçinin xidmətində maraqlıdır. Bu barədə “A Bola” nəşri məlumat yayıb. 

Türkiyə klubları Andrade üçün “Qarabağ”la danışıqlara başlayıb.

24 yaşlı futbolçu bu mövsüm 55 oyunda 13 qol vurub, 18 məhsuldar ötürmə edib. Onun “Qarabağ”la sözləşməsi 2027-ci ilin yayına kimidir.

Seçilən
74
1
ednews.net

2Mənbələr