AZ

Tokayevdən SƏRT QƏRAR: Bu şəxslərin ölkəyə girişinə QADAĞA QOYULDU

Mayın 16-da Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev “Qazaxıstan Respublikasının bəzi qanunvericilik aktlarına əhalinin miqrasiyası və cəza sistemi sahəsində qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı dəyişikliklər və əlavələr edilməsi haqqında” qanunu imzalayıb.

Publika.az xəbər verir ki, bu barədə "Zakon" məlumat yayıb.

Qanuna əsasən, Qazaxıstanda daimi yaşamaq icazəsi almaq hüququnu təmin edən uzunmüddətli investor vizası və tələbat olan peşə sahibləri üçün viza tətbiq edilib;

Ekstremist və ya terror təşkilatında iştirak edən, təkrar cinayət törətmiş, mütəşəkkil dəstədə (cinayətkar təşkilatda) rəhbər mövqe tutan, yetkinlik yaşına çatmayanların cinsi toxunulmazlığı əleyhinə cinayətlər törətmiş şəxslərin, habelə Qazaxıstanda ağır və ya xüsusilə ağır cinayət törətmiş və beynəlxalq müqavilələr əsasında vətəndaşı olduğu ölkəyə keçmiş şəxslərin ölkəyə gəlməsinə qadağa qoyulub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
168
8
publika.az

10Mənbələr