
Vaşinqton, 17 may, AZƏRTAC
ABŞ və Çin müdafiə nazirləri ikiillik fasilədən sonra görüşəcəklər.
AZƏRTAC-ın məlumatına görə, bu barədə “Financial Times” mənbəyə istinadla məlumat verib.
Bildirilib ki, Pentaqon rəhbəri Lloyd Ostin və Çinin müdafiə naziri Don Cün mayın 31-i Sinqapurda keçiriləcək “Shangri-la Dialoqu” müdafiə forumu çərçivəsində bir araya gələcəklər.
Qeyd edək ki, Çinlə ABŞ arasında müdafiə sahəsində təmaslar ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin 2022-ci ildə Tayvana səfərindən sonra kəsilmişdi. Ötən ilin noyabrında San-Fransiskoda ABŞ Prezidenti Co Bayden və Çin Sədri Si Cinpin arasında münasibətlərin normallaşması ilə bağlı keçirilmiş görüş zamanı hərbi əlaqələrin yenidən bərpası barədə razılıq əldə olunub.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton