AZ

Keniyada daşqınlarda 290-dan çox insan ölüb

Keniyada daşqınlarda ölənlərin sayı 291-ə yüksəlib, 75 nəfər itkin düşüb, daha 188 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə hökumət sözçüsü İsaak Mvaura məlumat verib.

Onun sözlərinə görə, daşqınlar 55 mindən çox ailəni evlərindən didərgin salıb. Ümumilikdə, 412 min nəfər daşqınlardan zərər çəkib.

Mvaura əlavə edib ki, Nayrobi yaxınlığındakı Kiambu bölgəsindəki Kimende ərazisi sürüşmə nəticəsində təhlükə zonası elan edilib.

Hazırda bölgədə xilasetmə əməliyyatları aparılır. Hökumət 3 mindən çox insanın yaşadığı 25 rayonda 187 düşərgə yaradıb.

Keniya Meteorologiya Departamenti ölkənin mərkəzi, qərb və şimal bölgələrində güclü yağışların olacağı barədə xəbərdarlıq edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
193
7
report.az

8Mənbələr