AZ

Belqorodda kamikadze-dronun avtomobilə hücumu nəticəsində bir qadın və uşaq ölüb

Rusiyanın Belqorod vilayətinin Oktyabrski kəndində dörd nəfərin olduğu avtomobilə dron hücumu baş verib.

APA Rusiya mediasına istinadən xəbər verir ki, kamikadze-dronun partlaması nəticəsində qadın yerindəcə dünyasını dəyişib.

Həkim briqadasını gözləmədən ata və uşaq, eləcə də sürücü maşınla Belqorod xəstəxanasına gediblər.

Həkimlər uşağı xilas etmək üçün əllərindən gələni etsə də, 4 yaşlı uşaq xəstəxanada dünyasını dəyişib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
apa.az

1Mənbələr