AZ

Şou-biznesAnar Ağayev: Finaldan gözləntilərim ancaq qələbədir

Finaldan gözləntilərim ancaq qələbədir.

“Report” xəbər verir ki, bunu Moskvada keçirilən “Yeni dalğa 2024” müsabiqəsinin yarımfinalında uğurla çıxış etmiş Anar Ağayev jurnalistlərin suallarını cavablandırarkən söyləyib.

“Böyük bir sevinc hissi ilə bu məlumatı sizinlə paylaşıram. “Yeni dalğa” müsabiqəsinin finalçıları arasında yer tutmuşam. Bu mənim üçün böyük bir nailiyyətdir. Ümumilikdə minə yaxın ərizələr verilmişdi. Seçilmiş 13 finalçıdan biri olmaq mənə nəsib oldu. Bu, qürurverici bir hissdir”, – o deyib.

Ağayev vurğulayıb ki, “finaldan gözləntilərim ancaq qələbədir”:

“Yarımfinalda Mikayıl Vəkilovun mahnılarını səsləndirdim. Düşünürəm ki, bu, Azərbaycan musiqisi üçün mühümdür, çünki beynəlxalq arenada məhz öz bəstəkarlarımızın mahnıları səslənir. Azərbaycan musiqisini bütün dünyada tanıtdırmaq üçün əlimdən gələni edəcəyəm”.

Xatırladaq ki, Moskvada keçirilən gənc populyar musiqi ifaçılarının Beynəlxalq “Yeni dalğa 2024” müsabiqəsinin yarımfinalında uğurla çıxış edən azərbaycanlı müğənni Anar Ağayev vətənə qayıdıb.

Qeyd edək ki, Anar Ağayev “Bakı Payızı 2023” milli müsabiqəsinin qalibidir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
86
2
far.az

3Mənbələr