AZ

Britni Spirs ailəsinin fotoşəklini paylaşaraq, gözlənilməz etiraflar etdi - FOTO

Əhvalının dəyişməsi və sürətlə dəyişən fikirləri ilə tanınan 43 yaşlı amerikalı müğənni Britni Spirs ailəsi ilə bağlı yeni açıqlama ilə 42,2 milyon “Instagram” izləyicisini təəccübləndirib.

Dəfələrlə valideynlərinin onun həyatını alt-üst etdiyini dilə gətirən və digər qohumlarından şikayətçi olduğunu deyən sənətçi bir anda ailəsi üçün çox darıxdığını yazıb.

Müğənninin sosial şəbəkədəki hesabında paylaşdığı fotoşəkillərdən birində Britni Spirsin anası, nənəsi və bacısı Ceymi Linnin qızları ilə birgə görüntüləri əks olunub.

“Hər kəsin ailə problemləri var, lakin onlara olan sevginizlə mübarizə apara bilməzsiniz”, - deyə müğənni yazıb.

O, şəklini ailəsinin çox gözəl olması və onlar üçün darıxması üçün paylaşdığını bildirib.

“Mən müqəddəs biri kimi görünmək istəmirəm, amma xaos və çaşqınlıq dünyasında şeytanın hiyləsi sizi aldatmaq və sizi aşağılamaqdan... və sizin daha pis biri olduğunuza inandırmaqdan ibarətdir! Bu şəkli paylaşmaq istədim, çünki mən orada olmasam da, özümü orada hiss etdim!” - deyə Britni qeyd edib.

Mənbə: focus.ua

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
4
oxu.az

10Mənbələr