AZ

ABŞ Nümayəndələr Palatası İsrailəsilah tədarükü haqqında qanun layihəsini qəbul edib

Bakı. Trend:

ABŞ Konqresinin Nümayəndələr Palatası prezident Co Baydeninİsrailə bəzi silah növlərinin satışını dayandırmaq qərarını ləğvedən qanun layihəsini təsdiqləyib.

Trend-in məlumatına görə, bu barədə "The Hill" qəzeti xəbərverib.

Məlumata əsasən, qanun layihəsinin lehinə 224 deputat, əleyhinə187 deputat səs verib.

Qanun layihəsi prezidentin Konqres tərəfindən təsdiqlənmişABŞ-ın İsrailə silah satışını dayandırması və ya ləğv etməsininqarşısını alacaq. Qanun layihəsinin qüvvəyə minməsindən sonra 15gün ərzində bütün silahlar İsrailə təhvil verilməlidir.

Seçilən
186
2
az.trend.az

10Mənbələr