Bakı, 18 may, AZƏRTAC
Bu gün basketbol üzrə Azərbaycan çempionatında üçüncü yer uğrunda növbəti oyun baş tutacaq.
AZƏRTAC xəbər verir ki, seriyanın ikinci qarşılaşmasında “Xırdalan” və “NTD-İndiqo” komandaları üz-üzə gələcək. “Sərhədçi” İdman Mərkəzində reallaşacaq qarşılaşma saat 19:30-da başlayacaq.
Seriyanın ilk görüşündə rəqibini məğlub edən “NTD-İndiqo” bu gün də qalib gələcəyi halda, üçüncü yerin sahibi olacaq. Oyun “Xırdalan”ın üstünlüyü ilə bitərsə, mayın 21-də üçüncü matç keçiriləcək.
Qeyd edək ki, komandalar arasında baş tutan seriyanın birinci oyununda Xaçmaz təmsilçisi Bakı klubunu 95:79 hesabı ilə məğlub edib.