AZ

“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi

İran Qızıl Aypara Cəmiyyətinin operativ qərargahı göyərtəsində İran prezidenti İbrahim Rəisinin olduğu helikopterin tapılması xəbərini təkzib edib.

SAVASH.ORG xəbər verir ki, bu barədə məlumat qurumun Telegram kanalında yayılıb.

Xatırladaq ki, bir qədər əvvəl xilasedicilərin dağlıq ərazidə sərt eniş edən helikopterin tapılması haqda xəbərlər yayılmışdı.

Xatırladaq ki, helikopter İran-Azərbaycan sərhədindən çox da uzaq olmayan dağlıq ərazidə sərt eniş edib. Xilasetmə işləri əlverişsiz hava və qatı duman səbəbindən çətinləşib və daha sonra əməkdaşlar iki ekipaj üzvü ilə əlaqə yarada biliblər. Axtarışlara 46 çevik əməliyyat qrupu və xilasedici itlər cəlb olunub.

Orxan HƏSƏNLİ

SAVASH.ORG

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8478
1
savash.org

2Mənbələr