Bakı, 20 may, AZƏRTAC
Səudiyyə Ərəbistanının Kralı, 88 yaşlı Salman bin Əbdüləziz Əl Səudə pnevmoniya diaqnozu qoyulub.
AZƏRTAC xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Kral ofisinin bəyanatında deyilir.
Bildirilir ki, monarx Ciddədəki Əl-Salam sarayındakı ixtisaslaşmış klinikada antibiotik terapiyası kursu keçəcək.