AZ

Təyyarə qəzalarında həlak olan dövlət başçıları - SİYAHI

Xəbər verdiyimiz kimi, İran prezidenti İbrahim Rəisi və vəzifəli şəxslər helikopter qəzasında həlak olublar.

Azerforum indiyədək ölkə rəhbərlərinin həlak olması ilə nəticələnən təyyarə qəzalarının statistikasını təqdim edir.

1961-ci ildə BMT-nin baş katibi isveçli Daq Haamerşold Konqoya uçarkən təyyarə qəzaya uğrayıb. Onunla birlikdə BMT-nın əməkdaşları və Konqo hökümət nümayəndələri də həlak olub.

1969-cu ildə Boliviyanın prezidenti Rene Baryentos Otrunyo təyyarə qəzasında ölüb. Qəzanın təşkil olunduğu bildirilir.

1971-ci ildə Monqolustan səmasında baş verən təyyarə qəzası Çin rəhbəri Mao Tzedunun ehtimal olunan xələfinin həyatına son qoyur.

1981-ci ildə Panamanın rəhbəri general Omar Torrixos müəmmalı təyyarə qəzasında həlak olur.

1983-cü ildə Ekvadorun prezidenti Xayme Roldos Aqilera təfsilatı hələ də qaranlıq qalan təyyarə qəzasında həlak olur.

1986-cı ildə Mozambikin prezidenti Samora Maşel öz ölkəsinə qayıdarkən təyyarə qəzasında həlak olur. Onunla birlikdə Tu-134 təyyarəsində Mozambikin bir sıra nazirləri də ölür. Qəzanın səbələri hələ də araşdırılmayıb.

1988-ci ildə Pakistanın prezidenti Ziya Ül-Həqq Məhəmməd qəzaya uğrayan “Herkules C-130” hərbi təyyarəsində həlak olur.

1994-cü ildə Böyük Afrika Gölləri üzərində yaraqlı dəstələrin vurub yerə saldığı təyyarədə eyni vaxtda iki ölkənin prezi
denti həlak olur. Burundinin prezidenti Kiprien Natriama və Ruandanın prezidenti Juvenal Habyarimana uçduğu təyyarənin Tutsi qəbiləsinə məxsus üsyançılar tərəfindən atəşə tutulduğu xəbər verilirdi.

2001-ci ildə Çad respublikasının paytaxtı Ndjamenda yaxınlığında Çad rəsmilərnin uçduğu təyyarə qəzaya uğrayır. 
Həlak olanlar arasında bir nazir və prezident administrasyisaının rəhbəri də olur.

2001-ci ildə Sudanın hərbi rəhbərliyi təyyarqə qəzasında həlak olur.

2004-cü ildə Makedoniyanın prezidenti Boris Traykovski təyyarə qəzasında həlak olur.

10 aprel 2010-cu il. Polşa prezidenti Lex Kaçinski, onun xanımı və Polşanın xeyli dövlət xadimi Tu-154 təyyarəsinin qəzaya uğraması ilə həlak olur.

19 may 2024-cü il İran prezidenti İbrahim Rəisi və vəzifəli şəxslər helikopterin qəzaya uğraması nəticəsində həlak olublar.

Murad
Azerforum.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4792
1
azerforum.com

10Mənbələr