AZ

Bakının bu hissəsi qazsız qalacaq

Bu gün Bakının iki qəsəbəsinin qaz təchizatında müvəqqəti yaranacaq.

Bu barədə Azerforum-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, “Digah” Qazpaylayıcı Stansiyasından (QPS) qidalanan "Mayak” və "Pir” orta təzyiqli qaz kəmərlərinin, həmçinin “1 May” ölçü qovşağından qidalanan əhali qaz xəttinin hava kompressoru vasitəsi ilə kipliyə sınaq olunması məqsədi ilə mayın 20-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Qaz təchizatı dayandırılan müddətdə Pirallahı və Nardaran qəsəbələrinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Fatimə
Azerforum.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
415
46
azerforum.com

10Mənbələr