AZ

Üç güləşçimiz yarımfinalda!

Azərbaycanın 3 yunan-Roma güləşçisi Bakıda keçirilən U-23 Avropa çempionatında yarımfinala yüksəlib.

Apasport.az xəbər verir ki, Nihad Quluzadə (60 kiloqram), Ruslan Nurullayev (72 kiloqram) və Qurban Qurbanov (82 kiloqram) finala vəsiqə uğrunda mübarizə aparacaqlar.

Qeyd edək ki, Fərahim Mustafayev (67 kiloqram) 1/4 finalda, Murad Əhmədiyev (97 kiloqram) isə təsnifat mərhələsində məğlub olublar. Onların uduzduqları rəqiblər finala çıxarlarsa, Azərbaycan təmsilçiləri təsəlliverici görüşlərdə iştirak hüququ əldə edəcəklər.

 

Seçilən
347
2
apasport.az

8Mənbələr