AZ

Mərhum Xalq artistinin reanimasiyaya yerləşdirilən xanımının son vəziyyəti AÇIQLANDI - YENİLƏNİB

20:15

"Mərhum Xalq artisti Arif Quliyevin həyat yoldaşı Gülzar Quliyevanın səhhəti ağır-stabil qiymətləndirilir".

Olaylar.az xəbər verir ki, bunu Oxu.Az-ın sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzin Mətbuat Xidmətinin rəhbəri Ruzbeh Məmməd deyib.

O qeyd edib ki, xəstə qaraciyər sirrozu (Hepatit) diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Terapevtik Reanimasiya şöbəsinə yerləşdirilib.

"Müayinələrdən keçirilib, müalicələri davam etdirilir. Hemodinamikası stabildir, müsbət dinamika müşahidə edilir. Xəstənin ümumi vəziyyəti ağır-stabildir", - deyə R.Məmməd bildirib.

-------
15:26

Mərhum Xalq artisti Arif Quliyevin həyat yoldaşı Gülzar Quliyevanın səhhəti ağırlaşıb.

Olaylar.az bildirir ki, bunu yenicag.az-açıqlamasında Xalq artistinin oğlu Rövşən Quliyev deyib. O, uzun müddətdir ki, sirrozdan əziyyət çəkən anasının Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirildiyini bildirib:

"Anamın səhhəti ağırdır. "Semaşko"ya yerləşdirilib. Dünən müayinələr aparıldı, həkimlər əllərindən gələni edirlər. Amma anamın vəziyyəti ağır olaraq qalır. Bütün gecəni xəstəxanada qalmışıq. Dua edirik, ümidimiz Allahadır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
330
27
olaylar.az

10Mənbələr