Ermənistanın baş naziri Nikol Paşinyan hakim partiyanın həmtəsisçilərindən birini Xarici Kəşfiyyat Xidmətinin rəhbərinin müavini təyin edib.
“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə müvafiq sərəncam Ermənistan hökumətinin saytında dərc olunub.
Sərəncama əsasən, Arman Boşyan Xarici Kəşfiyyat Xidməti rəhbərinin müavini təyin edilib.