2024-cü ilin aprel ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 92% artaraq 6,147 mln. manat təşkil edib.
Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat verib.
Məlumata görə, həyata keçirilən nağdsız ödənişlərin 5,149 mln. manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 990 mln. manatı POS-terminallar, 8 mln. manatı isə özünə xidmət terminalları vasitəsilə gerçəkləşdirilmişdir. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 62%-ni təşkil edib.