AZ

Paint-də fotoların süni zəka vasitəsilə tərtibatı funksiyası hamı üçün istifadəyə verilib

     Microsoft şirkəti Windows əməliyyat sisteminin məşhur qrafik redaktoru olan Paint-ə mətn formatında təsvirlər əsasında fotoların tərtib edilməsi imkanını əlavə edib. Bunun üçün şirkət tətbiqə Cocreator adlı süni zəka funksiyasını inteqrasiya edib. Bu funksiya fotoları təkcə mətn formatında təsvirlər əsasında deyil, həmçinin istifadəçinin Paint-də hazırladığı təsvirlər və ya eskizlər əsasında da tərtib edə bilir. Şirkət artıq uzun zaman idi ki, Paint-də süni zəka vasitəsilə fotoların tərtib edilməsi imkanı üzərində təcrübələr aparırdı. Cocreator funksiyasının ilkin versiyaları hələ keçən ilin payız fəslində Windows-un test versiyasının istifadəçiləri arasında istifadəyə verilmişdi.     Lakin dünən Microsoft-un Copilot Plus PC adlı kompüter brendinin anonsu sayəsində Paint-də fotoların süni zəka vasitəsilə tərtib edilməsi funksiyası rəsmi şəkildə istifadəyə verildi. Qeyd etmək lazımdır ki, Copilot Plus PC dedikdə süni zəka ilə çalışmaq üçün nəzərdə tutulmuş aparat təminatına sahib Windows əməliyyat sistemli kompüterlər nəzərdə tutulur. Paint-də istifadəyə verilmiş funksiya çərçivəsində istifadəçi həmçinin bu və ya digər fotonun hazırlanması prosesində süni zəkanın hansı dərəcədə iştirak edə biləcəyini də təyin edə bilər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
technote.az

1Mənbələr