AZ

Azərbaycan öz saç boyalarınıistehsal edir


Azərbaycanda ilk dəfə olaraq Elm və Təhsil Nazirliyi Yüksək Texnologiyalar Parkında (YTP) saç boyalarının istehsalına başlanılıb.


"Medicina" xəbər verir ki,YTP-nin rezidenti, Azərbaycanda saç boyası istehsal edən ilk şirkət olan “Azcosmetics Group” MMC tərəfindən “Miss sea” adı altında test rejimində məhsullar istehsal edilir. Yaxın iki ay ərzində isə “Lady star” adı altında məhsul istehsalına başlanılacaq.

Şirkət sonrakı mərhələdə saç və üzə qulluq vasitələri (şampun, balzam, sabun, üz kremi və s.) də istehsal etməyi nəzərdə tutur.

Boyaların əsas xammalı İtaliyadan idxal edilir, məhsulun qablaşdırılması üçün tələb olunan xammal isə yerli istehsaldır. Hələlik məhsullar tam olaraq qablaşdırılmadığından bazara çıxarılmayıb.

Saç boyalarının MDB dövlətləri, Hindistan və ərəb ölkələrinə də ixrac ediləcəyi gözlənilir. Məhsulun qablaşdırılması prosesi həyata keçirildikdən sonra ixrac ölkələrinə nümunələr göndəriləcək.


Şirkətin əsas hədəfi ay ərzində 1 milyon ədəd saç boyası istehsal etməkdir.


“AZCOSMETICS GROUP” MMC-nin direktoru bildirib ki, bu ilin sentyabr-oktyabr aylarında sifarişləri müəyyən edildikdən sonra istehsal həcmini daha dəqiq biləcəklər.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
11
medicina.az

10Mənbələr