AZ

İnsultun profilaktikası üçünDİETA

İnsulta qarşı profilaktik pəhrizin 6 prinsipi var.


“Medicina” xəbər verir ki, endokrinoloq, dietoloq Yelena Çurakinainsult riski olanlara, hətta sağlam insanlarabu pəhrizi tövsiyə edib:


“Hər gün mövsümi, müxtəlif növ meyvə-tərəvəzdən 500 qram yemək lazımdır.


Bu qrup qidalar daha çox vitamin, mineral, antioksidant, lif tərkiblidir, damarları tənzimləyir, xolesterolu salır.

Eləcə də rasiona Omeqa 3, 6 yağ turşuları- qoz, kətan toxumu, zeytun yağı, balıq yağı daxil etmək lazımdır.

Sutkada cəmi 10% heyvani yağlar, süd və süd məhsulu olmalıdır.

Eləcə də duz və şəkəri azaldır. Gündə 5 qramdan artıq duz istifadə etmək olmaz.

Qanda qlükozanı stabil saxlamaq üçün sadə karbohidratları, yüksək şəkərli, qlisemik indeksli qidalar- konfet, şirniyyat, qazlı şirəli içkiləri çıxarın.

Ümumi qidalanmanın cəmi 5-10%-ni karbohidratlar tutmalıdır.


İnsultdan qorunmaq üçün piylənmədən xilas olmaq lazımdır. Bunun üçün sutkalıq kaloriləri hesablayın, fiziki aktivliyi artırın, gündə 20 dəqiqə gəzin.
Alkoqolu və siqareti tərgidin. Çünki onların təhlükəsiz dozası yoxdur”.


Aygün Musayeva


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
medicina.az

1Mənbələr