AZ

"Bloomberg": Zelenski iyunda İtaliyada keçiriləcək G7 sammitində iştirak edəcək

Ukrayna Prezidenti Vladimir Zelenski iyunda Qrup Yeddilik (G7) sammitində iştirak etmək üçün İtaliyaya səfər edəcək.

APA xəbər verir ki, bu barədə "Bloomberg" mənbəyə istinadən məlumat yayıb.

Qeyd olunur ki, Zelenski G7 liderlərinin Kiyevə əlavə yardım göstərməsinə nail olmaq üçün görüşdə iştirak etmək niyyətindədir.

İyunun 13-dən 15-dək İtaliyada Qrup Yeddilik sammiti keçiriləcək. Sammitdə ABŞ Prezidenti Co Baydenin də iştirak edəcəyi gözlənilir. İclasda həmçinin Amerikanın Rusiya Federasiyasının dondurulmuş aktivlərindən Ukraynaya yardım göstərmək üçün istifadə planı müzakirə olunacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
50
apa.az

10Mənbələr