AZ

ABŞ-də ukraynalı pilotların ilk qrupu F-16-nı idarə etmək üçün təlim keçib

Ukraynalı pilotların birinci qrupu F-16 qırıcılarının döyüş istifadəsi üzrə ABŞ-da təlim keçib.

APA xəbər verir ki, bu barədə “Politico” qəzeti təlimin keçirildiyi Arizonadakı aviabazanın nümayəndəsinə istinadla məlumat yayıb.

Qəzet hərbçilərin sayı və təlimin başa çatma tarixini açıqlamayıb.

Nəşrin mənbələrinin məlumatına görə, pilotlar hazırda əlavə təlim keçmək üçün Avropaya yollanırlar. Ukrayna Belçika, Danimarka, Niderland və Norveçdən 60-dan çox F-16 qırıcısı almalıdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
5
apa.az

7Mənbələr