AZ

9 yaşlı oğlunu öldürən düşmən tankını tapıb qisas alan qəhrəman Baloğlan Süleymanov...

Baloğlan Süleymanov 5 avqust 1960-cı ildə Zəngilan rayonunda, Keçikli kəndində  anadan olub.

Azerforum bildirir ki, Baloğlan 1992-ci ilin yanvar ayından könüllü olaraq milli orduya yazılıb.  Əvvəlcə tank komandiri, sonra isə kəşfiyyat qrupunun bölük komandiri vəzifəsini icra edib.

Zəngilanı qorumaq üçün silaha sarılan Baloğlan Süleymanovun ailəsi ilk itkini 1992-ci ilin avqustunda verib. Avqust ayının 21-də Baloğlan Süleymanovun 9 yaşlı oğlu Sadiq Süleymanov erməni tankından açılan mərmi ilə faciəli şəkildə həlak olub. Bunu eşidən Baloğlan oğlunu öldürən həmin erməni tankını tapıb, heyətini məhv edərək tankı alıb oğlunun qəbri üstünə gedib.

Ruhu şad olsun!

Murad
Azerforum.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
241
31
azerforum.com

10Mənbələr