Qanada körpə uşaq ən gənc rəssam kimi Ginnesin Rekordlar Kitabına düşüb.
Azerforum bildirir ki, Ace-Liam Nana Sam Ankrah adlı oğlan bu titula 1 yaş 152 günlük yaşında nail olub.
Bu sahədə rekordlar kitabına düşmək üçün sərgidə rəsm satmağı bacarmaq və satılan rəsm əsərini çəkdiyini sübut etmək lazımdır.
Ace-Liam Qanadakı ilk sərgisində 10 rəsm satmağı bacarıb
Balaca rəssam ölkənin birinci xanımı Rebekka Akufo-Addodan da rəsm sifarişi alıb.
Karyerasında indiyə qədər 15 tablosu satılan Liamın əsərlərinin tezliklə hərraca çıxarılması gözlənilir.
Fatimə
Azerforum.com