AZ

Müdafiə xərclərini NATO təlimatına uyğun artırın

ABŞ-ın Demokrat və Respublikaçı senatorları Kanadanın baş naziri Castin Trüdoya məktub ünvanlayıblar.

Herbiand.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Məktubda Kanada hökumətinə müdafiə xərclərini 2023-cü ildə NATO müttəfiqləri tərəfindən razılaşdırılan ümumi daxili məhsulun 2%-nə qədər artırmaq təklif olunub.

23 senatorun məktubunda Kanada NATO-nun dünya üzrə əməliyyatlarına töhfə verən dəyərli müttəfiq olaraq adlandırılıb.

Məktubda həmçinin alyansın indi tarixinin ən ciddi təhlükə mənzərələrindən biri ilə üz-üzə olduğu da qeyd olunub.

Elnurə İSAXAN

 

Seçilən
2
herbiand.az

1Mənbələr