AZ

Finiş hesablamaları: “Neftçi”, “Zirə”, yoxsa ... - TƏHLİL

Sabah Azərbaycan Premyer Liqasında 2023/24 mövsümünün son turu start götürəcək.

İdman.biz xəbər verir ki, XXXVI turun və mövsümün son oyun günü formal xarakter daşısa da, sabahkı matçlar 4 klub üçün həlledici xarakter daşıyacaq.

Həm ilk “üçlük”də, həm də avrokuboklarda “Qarabağ”a qoşulacaq komandalardan ən azı ikisi sabahkı görüşlərdən sonra bilinəcək.

İki medalın dörd elçisi

2-ci və 3-cü yerlərin sahibləri turun ilk günündə bəlli olacaq. Gümüş və bürünc mükafata 4 iddiaçı var. Hazırda 56 xala malik “Neftçi” ikinci sırada qərarlaşıb. Miodraq Bojoviçin yetirmələri “Zirə” və “Sabah”ı bir xal qabaqlayırlar. Şəxsi oyunlardakı üstünlük Rəşad Sadıqovun komandasını 3-cü edib. “Sabah” 4-cüdürsə, bir xal geridə qalan “Sumqayıt” son tur ərəfəsində 5-cidir. Göründüyü kimi, iki medala 4 komanda elçi düşüb.

Sabah nə olacaq?

Günün ən maraqlı görüşü “Neftçi Arena”da olacaq. Ötən mövsümün gümüş və bürünc mükafatçısı əyani dueldə qarşılaşacaq. İkinci sıradakı “Neftçi” cəmi bir xal qabaqladığı “Sabah”la görüşəcək. Digər iki iddiaçını nisbətən asan sınaqlar gözləyir. “Zirə” “Səbail”i, “Sumqayıt” “Qəbələ”ni qəbul edəcək. Hər iki qarşılaşmada qonaqlar üçün mövsümün son səfəri formal xarakter daşıyır.

Şəxsi oyunlar nə deyir?

Dörd komanda arasında cəmi 2 xal fərqin olması 2, hətta 3 komandanın mövsümü eyni xalla bitirməsi ehtimalı yaradır. Bu üzdən iddiaçıların şəxsi oyunlardakı nəticələri maraq doğurur. “Neftçi” “Zirə”dən üstün (7 xal – 4 xal), “Sumqayıt”dan geridir (4 xal – 7 xal). “Zirə” həm “Sabah”ı (9 xal – 3 xal), həm “Sumqayıt”ı (6 xal – 3 xal) üstələyir. Sonuncu iki komandanın duellərində isə bakılılar (9 xal – 3 xal) öndədir. Sonuncu görüşləri qalan “Sabah”la “Neftçi”nin matçlarında sonuncular 2, ötən mövsümün vitse-çempionu 5 xal əldə edib.

Avropaya aparan yol

Son tur həm də avrokuboklara vəsiqə baxımından həlledicidir. Sabah keçiriləcək görüşlər, iki, bəlkə də üç komandanın Avropaya yolunu açacaq. “Zirə”dən başqa, istənilən komanda 5-ci yeri tutsa, yəni digərlərindən geri qalsa, Avropadan da kənar düşəcək. Əgər qəsəbə klubu “kvartet”də sonuncu olsa, 2-3-cü yerlərin avrokuboka qatılacağı dəqiqləşəcək. Son vəsiqə isə kubokun finalından asılı olacaq. Komandaların hansı turnirə getməsi də “Zirə”dən və finaldan asılıdır. Qəsəbə klubu 2-ci yeri tutsa, Avropa Liqasında yerini finalı gözləmədən təmin edəcək. Digər iki komanda Konfrans Liqasına gedəcək. Sadıqovun komandası ikinci ola bilməsə, 3-cü yerin Konfrans Liqasına gedəcəyi dəqiqləşəcək. Onda Avropa Liqası və Konfrans Liqasına biletlər sahibini kubokun son matçında tapacaq.

25-də 27 variant

Mayın 25-də baş tutacaq həlledici üç oyunun nəticələri ilə bağlı 27 mümkün variant var. Bunların 13-də gümüş medal “Neftçi”nin olacaq. “Zirə” və “Sabah” hərəyə 6, “Sumqayıt” 2 ehtimalda 2-ci yeri tutacaq.

Bürünc şansı “Zirə”da daha çoxdur – 9 variant. “Neftçi” 8, “Sabah”la “Sumqayıt” hərəyə 5 halda üçüncü olacaq.

Bütün mümkün variantlar:

✅“Neftçi” “Sabah”a qalib gəlsə, "Zirə" "Səbail"ə qalib gəlsə, "Sumqayıt" "Qəbələ"yə qalib gəlsə

2. "Neftçi" - 59

3. "Zirə" - 58

4. "Sumqayıt" - 57

5. "Sabah" - 55

✅“Neftçi” “Sabah”a qalib gəlsə, "Zirə" "Səbail"ə qalib gəlsə, "Sumqayıt" - "Qəbələ" heç-heçə olsa

2. "Neftçi" - 59

3. "Zirə" - 58

4. "Sabah" - 55

5. "Sumqayıt" - 55

✅“Neftçi” “Sabah”a qalib gəlsə, "Zirə" "Səbail"ə qalib gəlsə, "Sumqayıt" "Qəbələ"yə uduzsa

2. "Neftçi" - 59

3. "Zirə" - 58

4. "Sabah" - 55

5. "Sumqayıt" - 54

✅“Neftçi” “Sabah”a qalib gəlsə, "Zirə" - "Səbail" heç-heçə olsa, "Sumqayıt" "Qəbələ"yə qalib gəlsə

2. "Neftçi" - 59

3. "Sumqayıt" - 57

4. "Zirə" - 56

5. "Sabah" - 55

✅“Neftçi” “Sabah”a qalib gəlsə, "Zirə" - "Səbail" heç-heçə olsa, "Sumqayıt" - "Qəbələ" heç-heçə olsa

2. "Neftçi" - 59

3. "Zirə" - 56

4. "Sabah" - 55

5. "Sumqayıt" - 55

✅“Neftçi” “Sabah”a qalib gəlsə, "Zirə" - "Səbail" heç-heçə olsa, "Sumqayıt" "Qəbələ"yə uduzsa

2. "Neftçi" - 59

3. "Zirə" - 56

4. "Sabah" - 55

5. "Sumqayıt" - 54

✅“Neftçi” “Sabah”a qalib gəlsə, "Zirə" "Səbail"ə uduzsa, "Sumqayıt" "Qəbələ"yə qalib gəlsə

2. "Neftçi" - 59

3. "Sumqayıt" - 57

4. "Zirə" - 55

5. "Sabah" - 55

✅“Neftçi” “Sabah”a qalib gəlsə, "Zirə" "Səbail"ə uduzsa, "Sumqayıt" - "Qəbələ" heç-heçə olsa

2. "Neftçi" - 59

3. "Zirə" - 55

4. "Sabah" - 55

5. "Sumqayıt" - 55

✅“Neftçi” “Sabah”a qalib gəlsə, "Zirə" "Səbail"ə uduzsa, "Sumqayıt" "Qəbələ"yə uduzsa

2. "Neftçi" - 59

3. "Zirə" - 55

4. "Sabah" - 55

5. "Sumqayıt" - 54

✅“Neftçi” - “Sabah” heç-heçə etsə, "Zirə" "Səbail"ə qalib gəlsə, "Sumqayıt" "Qəbələ"yə qalib gəlsə

2. "Zirə" - 58

3. "Sumqayıt" - 57

4. "Neftçi" - 57

5. "Sabah" - 56

✅“Neftçi” - “Sabah” heç-heçə etsə, "Zirə" "Səbail"ə qalib gəlsə, "Sumqayıt" - "Qəbələ" heç-heçə olsa

2. "Zirə" - 58

3. "Neftçi" - 57

4. "Sabah" - 56

5. "Sumqayıt" - 55

✅“Neftçi” - “Sabah” heç-heçə etsə, "Zirə" "Səbail"ə qalib gəlsə, "Sumqayıt" "Qəbələ"yə uduzsa

2. "Zirə" - 58

3. "Neftçi" - 57

4. "Sabah" - 56

5. "Sumqayıt" - 54

✅“Neftçi” - “Sabah” heç-heçə etsə, "Zirə" - "Səbail" heç-heçə olsa, "Sumqayıt" "Qəbələ"yə qalib gəlsə

2. "Sumqayıt" - 57

3. "Neftçi" - 57

4. "Zirə" - 56

5. "Sabah" - 56

✅“Neftçi” - “Sabah” heç-heçə etsə, "Zirə" - "Səbail" heç-heçə olsa, "Sumqayıt" - "Qəbələ" heç-heçə olsa

2. "Neftçi" - 57

3. "Zirə" - 56

4. "Sabah" - 56

5. "Sumqayıt" - 55

✅“Neftçi” - “Sabah” heç-heçə etsə, "Zirə" - "Səbail" heç-heçə olsa, "Sumqayıt" "Qəbələ"yə uduzsa

2. "Neftçi" - 57

3. "Zirə" - 56

4. "Sabah" - 56

5. "Sumqayıt" - 54

✅“Neftçi” - “Sabah” heç-heçə etsə, "Zirə" "Səbail"ə uduzsa, "Sumqayıt" "Qəbələ"yə qalib gəlsə

2. "Sumqayıt" - 57

3. "Neftçi" - 57

4. "Sabah" - 56

5. "Zirə" - 55

✅“Neftçi” - “Sabah” heç-heçə etsə, "Zirə" "Səbail"ə uduzsa, "Sumqayıt" - "Qəbələ" heç-heçə olsa

2. "Neftçi" - 57

3. "Sabah" - 56

4. "Zirə" - 55

5. "Sumqayıt" - 55

✅“Neftçi” - “Sabah” heç-heçə etsə, "Zirə" "Səbail"ə uduzsa, "Sumqayıt" "Qəbələ"yə uduzsa

2. "Neftçi" - 57

3. "Sabah" - 56

4. "Zirə" - 55

5. "Sumqayıt" - 54

✅“Neftçi” “Sabah”a uduzsa, "Zirə" "Səbail"ə qalib gəlsə, "Sumqayıt" "Qəbələ"yə qalib gəlsə

2. "Zirə" - 58

3. "Sabah" - 58

4. "Sumqayıt" - 57

5. "Neftçi" - 56

✅“Neftçi” “Sabah”a uduzsa, "Zirə" "Səbail"ə qalib gəlsə, "Sumqayıt" - "Qəbələ" heç-heçə olsa

2. "Zirə" - 58

3. "Sabah" - 58

4. "Neftçi" - 56

5. "Sumqayıt" - 55

✅“Neftçi” “Sabah”a uduzsa, "Zirə" "Səbail"ə qalib gəlsə, "Sumqayıt" "Qəbələ"yə uduzsa

2. "Zirə" - 58

3. "Sabah" - 58

4. "Neftçi" - 56

5. "Sumqayıt" - 54

✅“Neftçi” “Sabah”a uduzsa, "Zirə" - "Səbail" heç-heçə olsa, "Sumqayıt" "Qəbələ"yə qalib gəlsə

2. "Sabah" - 58

3. "Sumqayıt" - 57

4. "Neftçi" - 56

5. "Zirə" - 56

✅“Neftçi” “Sabah”a uduzsa, "Zirə" - "Səbail" heç-heçə olsa, "Sumqayıt" - "Qəbələ" heç-heçə olsa

2. "Sabah" - 58

3. "Neftçi" - 56

4. "Zirə" - 56

5. "Sumqayıt" - 55

✅“Neftçi” “Sabah”a uduzsa, "Zirə" - "Səbail" heç-heçə olsa, "Sumqayıt" "Qəbələ"yə uduzsa

2. "Sabah" - 58

3. "Neftçi" - 56

4. "Zirə" - 56

5. "Sumqayıt" - 54

✅“Neftçi” “Sabah”a uduzsa, "Zirə" "Səbail"ə uduzsa, "Sumqayıt" "Qəbələ"yə qalib gəlsə

2. "Sabah" - 58

3. "Sumqayıt" - 57

4. "Neftçi" - 56

5. "Zirə" - 55

✅“Neftçi” “Sabah”a uduzsa, "Zirə" "Səbail"ə uduzsa, "Sumqayıt" - "Qəbələ" heç-heçə olsa

2. "Sabah" - 58

3. "Neftçi" - 56

4. "Zirə" - 55

5. "Sumqayıt" - 55

✅“Neftçi” “Sabah”a uduzsa, "Zirə" "Səbail"ə uduzsa, "Sumqayıt" "Qəbələ"yə uduzsa

2. "Sabah" - 58

3. "Neftçi" - 56

4. "Zirə" - 55

5. "Sumqayıt" - 54

Vüqar Xeyrullayev

İdman.biz

Seçilən
10
idman.biz

1Mənbələr