AZ

"293 erkən nikahın qarşısı alınıb" - Zahid Oruc

“Erkən nikahlarla bağlı deyə bilərəm ki, 293 erkən nikahın qarşısı alınıb". SİA xəbər verir ki, bu sözləri deputat Zahid Oruc Milli Məclisin plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, hüquqi yol problemin həll olunmasında ən optimal yoldur: "Boşanmanın statistikasını statiska tələsi adlandırıram. 2023-cü ildə boşanma sayı 22 min olub. Ailəyə kənar ailə modelləri çox basqı edir. Hesab edirəm ki, analiz eməliyik. Mediasiya Şurasında boşanmaların statistikası sənədləşib. Son 10 ildə boşanma 138 min olub. Ən az boşanma sayı 2020-ci ildən sonra hesablanıb. 140 minə qədər boşanma son 10 ildə olubsa, bütövlükdə 90 min aliment verən var".

Müəllif: Söylü Ağazadə
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
sia.az

1Mənbələr