AZ

Cənubi Qafqazdakı problemləri region ölkələrinin həll etməsində maraqlıdırlar – Politoloq

Rusiya prezidenti Vladimir Putin Belarusda səfərdədir. Belarus prezidenti Aleksandr Lukaşenkonun görüşün təəssüratları ilə bağlı açıqlaması diqqət çəkib.  O, həmkarı ilə Cənubi Qafqazda təhlükəsizlik məsələlərini müzakirə etdiklərini bildirib.  Azərbaycana səfəri zamanı Prezident İlham Əliyevlə də bununla bağlı müzakirələrin olduğunu söyləyib. Belarus prezidentinin səsləndirdiyi regionun təhlükəsizliyinə dair yeni təkliflərin nədən ibarət olduğu maraq doğurur.

Mövzu ilə bağlı Herbiand.az-a açıqlama verən politoloq Turan Rzayev bildirib ki, indiki məqamda Rusiya üçün Cənubi Qafqazdakı başlıca təhlükəsizlik məsələsi regiona kənar müdaxilələrin olmamasıdır:

“Prezident İlham Əliyevin də açıqlamaları onu deməyə əsas verir ki, regiona kənar təsirlərin olmasında maraqlı deyil. Azərbaycan, Gürcüstan, Ruisiya, hətta İran bu məsələdə vahid mövqedən çıxış edirdilər. Cənubi Qafqazdakı problemləri region ölkələrinin həll etməsində maraqlıdırlar”.

Politoloq hesab edir ki, Putinin Lukaşenko ilə görüş zamanı Cənubi Qafqazın təhlükəsizliyinə dair yeni təkliflərin olduğunu deyərkən də, bunu nəzərdə tutub:

“Lukaşenko açıqlamasında Azərbaycanda olarkən bu istiqamətdə cənab Prezidentlə müzakirə etdiyi məsələlərdən bəhs edib. Əslində görünən budur ki, Rusiya və Belarus prezidentləri ayrı-ayrılıqda bu məsələni rəsmi Bakı ilə danışıblar. Bakı özü də bu məsələdə Kremlin həssaslığını nəzərə alır. Eyni zamanda bizim milli maraqlarımız da regiona kənar qüvvələrin gəlməsinə uyğun deyil”.

Politoloq ölkəmiz üçün daha çox Ermənistanla sülh prosesinin prioritet məsələ olduğunu vurğulayıb:

“Biz bunun regional formatda və yaxud da Azərbaycanla Ermənistan arasındakı vasitəçi olmadan baş tutan ikili danışıqlarda həllində maraqlıyıq. O baxımdan Cənubi Qafqazın təhlükəsizliyinə dair məsələdə yanaşmamız Belarusun da, Rusiyanın da maraqları ilə üst-üstə düşür”.

Elnurə İSAXAN

Seçilən
18
herbiand.az

1Mənbələr