AZ

Anar Quliyev Qazaxda vətəndaşları qəbul edib - FOTOLAR

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Qazax şəhərində növbəti vətəndaş qəbulunu keçirib. Bu barədə SİA-ya Komitənin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Qazax, Ağstafa, Tovuz, Gədəbəy və Şəmkir rayon sakinlərini qəbul edən A. Quliyev vətəndaşların əsasən layihələndirmə, tikintiyə icazə icraatı ilə bağlı suallarını cavablandırıb. Qaldırılan məsələlərin əksəriyyəti yerində həll edilib, digərlərinin həllinə dair aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.

Səfər çərçivəsində Komitə sədri həmçinin Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovla görüşüb.

Görüş zamanı Qazax şəhərinin Baş Planının icra vəziyyəti, həyata keçirilən layihələr, habelə sakinlərin həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəlmiş növbəti addımlar müzakirə edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
7
sia.az

10Mənbələr