AZ

Yaxın Şərq və Ukraynadakı vəziyyət qlobal münaqişə ilə nəticələnə bilər - MDB baş katibi

Bakı. Trend:

Yaxın Şərqdə və Ukraynada ətrafında formalaşmış vəziyyət qlobalmiqyasda qarşıdurma ilə nəticələnə bilər.

Trend xəbərverir ki, bu barədə Müstəqil Dövlətlər Birliyinin (MDB) baş katibiSergey Lebedev Bişkekdə MDB-yə üzv dövlətlərin təhlükəsizlik vəxüsusi xidmət orqanları rəhbərləri Şurasının 54-cü iclasınıniştirakçılarına müraciətdə deyib.

"Əfsuslar olsun ki, dünya qlobal münaqişə təhlükəsi altındadır,təkcə Ukraynadakı geosiyasi qarşıdurma deyil, həm də Yaxın Şərqdəkison dərəcədə gərgin vəziyyət, neonasist ideologiyasının və ksenofobəhval-ruhiyyənin yayılması, bu fonda beynəlxalq terrortəşkilatlarının fəallaşması bundan xəbər verir", - MDB başkatibinin birinci müavini Leonid Anfimov tərəfindən oxunanmüraciətdə deyilib.

Bişkekdə MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmətorqanları rəhbərləri Şurasının 54-cü iclası öz işinə başlayıb.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin mətbuat xidmətininyaydığı məlumata görə, tədbir çərçivəsində MDB ölkələrindəvəziyyətin destabilizasiyası və konstitusiya quruluşunun zorakıyolla dəyişdirilməsi üzrə xaricdə döyüş hazırlığı və təcrübə keçmişşəxslərin aşkarlanması və qarşısının alınması üzrə birgə tədbirlərmüəyyən ediləcək.

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
1
az.trend.az

2Mənbələr