AZ

42 ticarət və 75 ictimai iaşə müəssisəsində pozuntular aşkarlanıb

Bakı. Trend:

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) COP29-un Azərbaycandakeçirilməsi ilə əlaqədar ötən 2 gün ərzində 46 ticarət və 75ictimai iaşə müəssisəsində monitorinq keçirib.

Bu barədə Trend-ə AQTA-danməlumat verilib.

Bildirilib ki, monitorinqlər zamanı 42 ticarət və 75 ictimaiiaşə müəssisəsində qida təhlükəsizliyi sahəsində texniki normativhüquqi aktların tələblərinin pozulduğu aşkar edilib.

Monitorinqlər zamanı aşkarlanmış nöqsanlara qida təhlükəsizliyiqeydiyyatının alınmasına dair çıxarışın olmaması,məhsullarınminimum keyfiyyətini və təhlükəsizliyini təsdiq edən müşayiətedicisənədlərinin mövcud olmaması, izləmə sisteminin (QR kod) tətbiqolunmaması, mal qonşuluğu prinsipinin pozulması, temperaturrejiminə riayət olunmaması aid olub. Həmçinin süd məhsullarınıntələblərə uyğun etiketlənməməsi, vitrində yerləşdirilməməsi vəxüsusi işarələrin mövcud olmaması, istifadə müddəti bitmiş,Azərbaycan dilində markalanması, etiket məlumatları və mənşəyiməlum olmayan məhsulların mövcud olması, sanitar-gigiyenik vəsanitar-texniki vəziyyətin qənaətbəxş olmaması, mütəmadi olaraqtəmizlik və dezinfeksiya işlərinin aparılmaması, obliqat qrupunadaxil olan işçilərin ilkin və dövrü tibbi müayinədən keçməməsi vəsanitar geyimlə təmin olunmaması bəlli olub.

Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı məsulşəxslərə icrası məcburi göstərişlər verilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
19
az.trend.az

10Mənbələr