AZ

Tütün məmulatının istehsalına 34 mln. manat tələbi qoyulur

Bakı. Trend:

Azərbaycanda tütün məmulatının istehsalına dair yeni tələblərmüəyyən edilir.

Trend-in məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bugün keçirilən iclasında mazakirə edilən “Tütün və tütün məmulatıhaqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, tütün məmulatının istehsalını həyata keçirənsahibkarlıq subyektlərinin qeydiyyata alınması üçün qeydiyyatşərtləri aşağıdakılardır:

Avadanlıqların alınmasına 34 (otuz dörd) milyon manatdan azolmayan məbləğdə investisiyanın qoyulması;
Azərbaycan Respublikasında vergilər və digər icbari ödənişlər üzrəvaxtı keçmiş öhdəliklərin olmaması, habelə barəsində AzərbaycanRespublikasının Vergi Məcəlləsinə uyğun olaraq riskli vergiödəyicisi olmasına dair qüvvədə olan qərarın olmaması;

Vergi orqanlarında uçota alınmış təsərrüfat fəaliyyətinin həyatakeçirildiyi obyektə dair mülkiyyət, istifadə və ya icarə hüququnutəsdiq edən sənədin olması;

Tütün məmulatının istehsalı üçün istifadə olunacaq ölçməvasitələrinin yoxlanılması haqqında şəhadətnamənin, standartnümunənin və ya ölçmə vasitəsinin tipinin təsdiqi barədəsertifikatın, habelə cihaz, alət, ölçmə vasitələri və sınaqavadanlıqlarının “Texniki tənzimləmə haqqında” AzərbaycanRespublikasının Qanununa uyğun olaraq uyğunluğunqiymətləndirilməsinə dair sənədlərin olması;

Keyfiyyət və təhlükəsizlik sınaqlarının aparılması üçün müvafiqsahədə akkreditasiya olunmuş sınaq laboratoriyası ilə(istehsalçının müvafiq sahədə akkreditasiya olunmuş sınaqlaboratoriyası olmadığı təqdirdə) müqavilənin olması.

Bu Qanuna uyğun olaraq tütün məmulatının istehsalını həyatakeçirən qeydiyyata alınmış sahibkarlıq subyektləri tütünməmulatının istehsalında yerli tütün xammalından (orta damarcığıqismən və ya tamamilə çıxarılmış tütündən) istifadə həcmlərinə dairmüvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun)müəyyən etdiyi tələblərə riayət etməlidirlər.

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq üçüncüoxunuşda qəbul edilib.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
106
7
az.trend.az

10Mənbələr