AZ

Siqaret istehsalında yerli xammaldan istifadə tələbi qoyulacaq

Bakı. Trend:

Tütün məmulatı qismində siqaret istehsalı ilə bağlı tətbiqediləcək icazə şərtlərinə məhsulların yerli xammaldan istifadəedilməklə istehsalına icazə verilməsi şərti daxil edilir.

Trend-in məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bugün keçirilən iclasında mazakirə edilən “Tütün və tütün məmulatıhaqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.

Qanun layihəsində qeyd edilir ki, bu, ölkədə kənd təsərrüfatınınintensiv inkişafına da töhfə verəcəkdir.
Tütünçülüyün inkişafı məqsədilə yeni əkin sahələrinin cəlbedilməsi, yeni tütün sortlarının əkininə stimul verilməsinə səbəbolacaqdır. İstehsalatda yerli xammal bazasından istifadəninartırılması müvafiq sahədə idxaldan asılılığın əhəmiyyətli dərəcədəaşağı salınmasına, gələcəkdə bu məhsullar üzrə ixrac potensialınınartırılmasına səbəb olacaqdır.

Son illər qarşıya qoyulan əsas hədəflərdən biri də respublikadatütünçülüyün inkişafıdır və yerli tütünün keyfiyyətinin beynəlxalqstandartlara tədricən çatdırılacağı nəzərə alınaraq, istehsalolunan siqaret məhsulları üzrə minimal yerli xammal tələbininmərhələli şəkildə artırılması təklif olunub. Bu məqsədlə yerlitütün xammalının keyfiyyətinin tədricən artdığını nəzərə alaraq hər1000 ədəd tütün məmulatının istehsalında 2024-cü ildən etibarənyerli xammaldan istifadə həcmləri artırılacaqdır.

Qeyd edilən faizlərə nəzarətin dəqiq həyata keçirilməsiməqsədilə yerli tütünün alınması məqsədilə faizlərə uyğun çəkilər(orta damarcığı qismən və ya tamamilə çıxarılmış tütünün qramı)müəyyən edilib.

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq üçüncüoxunuşda qəbul edilib.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
8
az.trend.az

9Mənbələr