AZ

Tütün məmulatının idxalı və istehsalını həyata keçirən sahibkarların Reyestri yaradılır

Bakı. Trend:

Azərbaycanda tütün məmulatının idxalı və istehsalını həyatakeçirən sahibkarların Reyestri yaradılır.

Trend-in məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bugün keçirilən iclasında mazakirə edilən “Tütün və tütün məmulatıhaqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, tütün məmulatının idxalı və istehsalınıhəyata keçirən sahibkarlıq subyektlərinin qeydiyyata alınması,tütün məmulatının idxalı və istehsalını həyata keçirən sahibkarlıqsubyektlərinin Reyestrinin (bundan sonra – Reyestr) aparılmasıqaydasını və Reyestrin əsasnaməsini müəyyən etmək təklifedilir.

Sahibkarlıq subyektlərinin tütün məmulatının idxalı vəistehsalını həyata keçirməsi üçün qeydiyyatı və qeydiyyatınınyenidən rəsmiləşdirilməsi ilə bağlı icraat “Lisenziyalar vəicazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraqhəyata keçirilir.

Qeydiyyata alınmış sahibkarlıq subyektləri Reyestrə daxil edilirvə həmin subyektlərə Reyestrdən elektron və ya kağız daşıyıcıdaçıxarış verilir. Reyestrdən çıxarışın verilməsinə görə “Dövlətrüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənedilmiş məbləğdə dövlət rüsumu ödənilməlidir.

Qeydiyyata alınmadan tütün məmulatının idxalı və istehsalıfəaliyyətinin həyata keçirilməsinə, o cümlədən bu fəaliyyət üzrə buQanunun 10.2-ci və 10.3-cü maddələrində nəzərdə tutulan qeydiyyatşərtlərinə riayət edilməsinə nəzarət müvafiq icra hakimiyyətiorqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyatakeçirilir.

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq üşüncüoxunuşda qəbul edilib.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
az.trend.az

1Mənbələr